Samir Rauf oğlu Şərifov

7 sentyabr 1961-ci ildə  anadan olmuşdur.

Təhsili:

1983-cü ildə  Ukraynada Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib magistr dərəcəsi almışdır.

Əmək fəaliyyəti:

1983 – 1991-ci illərdə   SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində  Bakıda və xaricdə (Yəmən Xalq Demokratik Respublikası) iqtisadçı;

1991 - 1995-ci  illərdə  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini;

1995-2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında, Departament direktoru, Baş direktor;

2001-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru;

2006-2025-ci illərdə Azərbaycan Respublikasının maliyyə naziri;

2025-ci il - yanvar ayından Azərbaycan Respublikası Baş nazirinin müavini;

Eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktor;

2003-2006-cı  illərdə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə  Hökumət Komissiyasının sədri.

Ailəlidir, üç övladı var.